Azərbaycan Respublikası Audiovizual Şurasında bir sıra yayım operatorlarının rəhbər şəxsləri ilə görüş keçirilmişdir.

13.04.2022 12:14
106

13 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının inzibati binasında Azərbaycanda fəaliyyət göstərən yayım operatorlarının (kabel və İPTV) bir qisminin rəhbər və səlahiyyətli şəxsləri ilə görüş keçirilmişdir.

Görüşdə "Media haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və ondan irəli gələn məsələlər, yayım operatorlarının yeni hüquqi rejimdə fəaliyyətinin xüsusiyyətləri, mövcud lisenziyaların yeni lisenziyalarla əvəz olunması, xarici kanalların retranslyasiyası zamanı müəllif hüquqlarının qorunması və pirat kontentlə mübarizə kimi məsələlər, ümumən, audiovizual mediada olan yeniliklər, audiovizual yayımın tənzimlənməsində tənzimləmə, özünütənzimləmə və birgə tənzimləmə metodlarından istifadə ətrafında geniş müzakirələr aparılmışdır.

Qeyd olunan yeniliklərlə bağlı operatorlarla daimi kommunikasiyanın saxlanılması, canlı və ya onlayn platformada mütəmadi görüşlərin keçirilməsi planlaşdırılır.

 

Xəbərlər
Xəbərlər
Hamısına bax