Milli Televiziya və Radio Şurasının sədri EPRA-nın 50-ci yubiley Toplantısında iştirak etmişdir.

09.09.2020 12:48
115

23-26 oktyabr 2019-cu il tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 50-ci Toplantısı keçirilmişdir. Toplantıda 47 Avropa dövlətindən 53 audiovizual yayım tənzimləyici təşkilatından, həmçinin, Avropa Komissiyasından, Avropa Şurası Media Bölümündən, Avropa Audiovizual Rəsədxanasından ümumən 155 nümayəndə və ekspert iştirak etmişdir. Azərbaycan Respublikasını Toplantıda Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov  və Şura sədrinin köməkçisi Fazil Novruzov təmsil etmişlər.

Toplantı çərçivəsində "Onlayn mühitdə azyaşlıların müdafiəsi: onlayn girişə nəzarət vasitələri", "Süni intellekt və robotların öyrənilməsi" mövzularında plenar sessiyalar keçirilmişdir. Bundan başqa, növbəti üç il üçün (2020-2022) EPRA Strategiyası ilə bağlı İdarə Heyətinin təqdim etdiyi sənəd müzakirə olunmuşdur. 24 oktyabr tarixində işçi qruplar çərçivəsində "Media maarifləndirilməsi", "Avropa məhsulları və əlahiddəlik: ən yaxşı təcrübənin müəyyən olunması", "Televiziya və istəyə bağlı audiovizual media xidmətlərinə əlçatanlıq" mövzuları üzrə ekspertlərin iştirakı ilə səmərəli müzakirələr aparılmışdır.

EPRA-nın növbəti 51-ci Toplantısı 2020-ci ilin may ayında Belçikanın Antverpen şəhərində keçiriləcəkdir.

Xəbərlər
Xəbərlər
Hamısına bax