Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunmuşdur.
09.09.2020 13:02
105
Azərbaycan Respublikasında televiziya və radio yayımı sahəsindəki səmərəli fəaliyyətə, diplomatik xidmət orqanlarının fəaliyyətinin təbliği və təşviqi işində əməkdaşlığa görə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunmuşdur. Bugün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva yubiley medalını MTRŞ sədri Nuşirəvan Məhərrəmova təqdim etmişdir.
Şura sədri medalın ona təqdim olunmasını onun və rəhbərlik etdiyi qurumun fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirmiş və buna görə Xarici İşlər naziri Elmar Məmmədyarova təşəkkür ifadə etmişdir.
Xəbərlər
Xəbərlər

27.02.2025 17:08
Audiovizual Şura 1 universal platforma operatoru lisenziyasının verilməsi və 2 l...

25.02.2025 12:03
Audiovizual Şurada televiziya yayımçılarının məsul şəxsləri ilə görüş keçirilmiş...

14.02.2025 17:00