Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşdur.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Şura üzvü Bəxtiyar Balakişiyev (Qaraca) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur. Yubiley medalı bugün bir qrup media xadimlərinə, o cümlədən, Şura üzvlərinə təqdim olunmuşdur.
MTRŞ sədri medalın ona təqdim olunmasını onun və rəhbərlik etdiyi qurumun fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirmişdir: "Azərbaycan tarixinin parlaq səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin adını daşıyan medala layiq görülməyim tariximizin bu şanlı səhifəsinin tədqiqi, öyrənilməsi və təbliğinə göstərilən yüksək dəyər və qiymətdir. Buna görə cənab Prezident İlham Əliyevə səmimi minnətdarlığımı bildirirəm, həmçinin, bu təltifə layiq görülən bütün həmkarlarımı təbrik edirəm".

Audiovizual Şura 1 universal platforma operatoru lisenziyasının verilməsi və 2 l...

Audiovizual Şurada televiziya yayımçılarının məsul şəxsləri ilə görüş keçirilmiş...
