Qanunsuz kabel şəbəkəsi yayımı ilə məşğul olanlar barəsində müvafiq tədbirlər görüləcəkdir.

17.04.2015 07:28
167

Milli Televiziya və Radio Şurası tərəfindən xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində müvafiq tədbirlər görülməsinə başlanılmışdır.

Milli Televiziya və Radio Şurası tərəfindən Sumqayıt şəhərində xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər aşkar olunaraq onlar barəsində müvafiq tədbirlər görülməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət ünvanlanmışdır.

Eyni zamanda, Bakı şəhərində, əsasən də yeni tikililərdə  xüsusi razılıq (lisenziya) olmadan bir sıra fiziki və hüquqi şəxslər tərəfindən qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti həyata keçirilməsi haqqında məlumatlar daxil olur. Bununla əlaqədar olaraq, qanunsuz kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində Milli Televiziya və Radio Şurasına məlumat verilməsi xahiş olunur.

Xəbərlər
Xəbərlər
Hamısına bax