Ümumölkə yerüstü və peyk yayımında olan televiziya yayımçılarının reklam rəhbərləri ilə görüş keçirilmişdir

15.02.2023 11:20
148

 

15 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasında ümumölkə yerüstü və peyk yayımında olan televiziya yayımçılarının reklam rəhbərləri ilə görüş keçirilmişdir.

Görüşdə 2022-ci il ərzində və 2023-cü ilin yanvar ayında Şura tərəfindən həyata keçirilən televiziya yayımçılarının monitorinqinin nəticələri, yayımçılar tərəfdən qanunvericiliyə riayət olunması, bu sahədə mövcud olan çatışmazlıqlar ilə bağlı məsələlər müzakirə olunmuş, "Media haqqında" və "Reklam haqqında" qanunların tələblərinə tam əməl olunması istiqamətində yayımçılara zəruri tövsiyələr verilmişdir.

 

 

Xəbərlər
Xəbərlər
Hamısına bax