Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
10.09.2020 10:59
101
İclasda "Lider", "Antenn", "106 FM" və "Burc FM" radiolarının monitorinqlərinin nəticələri müzakirə olunmuşdur. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununda reklama qoyulan tələblərin bir sıra hallarda pozulması faktları "Lider", "Antenn", "106 FM" və "Burc FM" radio yayımçılarının nəzərinə çatdırılmış, radio yayımçılarına milli-mənəvi dəyərlərin qorunması üçün səylərin artırılması, aparıcıların bayağı, şit hərəkətlər etməsi hallarının aradan qaldırılması tövsiyə edilmişdir.
Şura iclasında, həmçinin, "N.C.S" MMC-nin təsisçisinin dəyişilməsi ilə bağlı müraciətinə baxılmış və "N.C.S" kabel televiziyasının təsisçiliyinin dəyişilməsi barədə qərar qəbul edilmişdir.
Xəbərlər
Xəbərlər

27.02.2025 17:08
Audiovizual Şura 1 universal platforma operatoru lisenziyasının verilməsi və 2 l...

25.02.2025 12:03
Audiovizual Şurada televiziya yayımçılarının məsul şəxsləri ilə görüş keçirilmiş...

14.02.2025 17:00