Şura sədri Nuşirəvan Məhərrəmov və AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri arasında görüş keçirilmişdir.
01.02.2011 10:14
171
1 fevral 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex arasında görüş keçirilmişdir.
Şura sədri Milli Televiziya və Radio Şurası tərəfindən televiziya və radio yayımı sahəsində görülmüş işlər, rəqəmsal yayıma keçid, yeni yaranmış teleradio yayımçılarının fəaliyyəti və parlament seçkisi dövründə teleradio yayımında seçkiqabağı təbliğatın və təşviqatın aparılması ilə bağlı məlumat vermişdir. Həmçinin görüşdə Şura sədri qonaqları maraqlandıran sualları cavablandırmış, televiziya və radio yayımı ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.
Xəbərlər
Xəbərlər

27.02.2025 17:08
Audiovizual Şura 1 universal platforma operatoru lisenziyasının verilməsi və 2 l...

25.02.2025 12:03
Audiovizual Şurada televiziya yayımçılarının məsul şəxsləri ilə görüş keçirilmiş...

14.02.2025 17:00