Audiovizual Şuranın elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatmışdır.
04.03.2024 14:50
476
Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün Azərbaycan Respublikası Audiovizual Şurasının 23 yanvar 2024-cü il tarixdə elan etdiyi müsabiqə üzrə sənəd qəbulu başa çatmışdır. Müsabiqəyə 2 ərizəçi sənədlərini təqdim etmişdir:
- "Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Sağlam Radio")
- "Orion Sky" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Həyat FM")
"Media haqqında" Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcəkdir.
Xəbərlər
Xəbərlər

27.02.2025 17:08
Audiovisual Council Issues One Universal Platform Operator License and Revokes T...

25.02.2025 12:03
Meeting Held at the Audiovisual Council with Television Broadcasters’ Representa...

14.02.2025 17:00