Milli Televiziya və Radio Şurası "Türkel TV" MMC-yə ümumrespublika televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul etmişdir.
28 dekabr 2017-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda Milli Televiziya və Radio Şurasının 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş "Baku Art Lab" MMC, "Türkel TV" MMC, "Media Master" MMC-nin sənədlərinə baxılmış, müsabiqənin nəticələri müzakirə edilmişdir.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15, 19-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.6, 9.6-cı bəndini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ saylı Qanununun 22.1-ci maddəsini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Türkel TV" MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan etmiş və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilmişdir.
İclasda, həmçinin, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "AZTV" və "Mədəniyyət TV" kanallarının 01 yanvar 2018-ci il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli (HD formatında) rəqəmsal yayıma başlaması barədə qərar qəbul edilmişdir.

Audiovisual Council Issues One Universal Platform Operator License and Revokes T...

Meeting Held at the Audiovisual Council with Television Broadcasters’ Representa...
